İstanbulda Rusiya və Türkiyə təyyarələri son anda toqquşmadan yayınıb - VİDEO

4-02-2018, 10:16           
İstanbulda Rusiya və Türkiyə təyyarələri son anda toqquşmadan yayınıb - VİDEO
Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus "Boeing-737" təyyarəsi İstanbulun Atatürk hava limanına eniş edərkən Türkiyənin "Pegasus" aviaşirkətinin həmin an havaya qalxmaqda olan laynerinin 250 metrliyindən keçib.

"Report" "Haberturk" telekanalına istinadən xəbər verir ki, Moskvadan uçan təyyarənin pilotu güclü külək səbəbindən birinci cəhddə eniş edə bilməyib.

Bu səbəbdən hava gəmisi təyyarələrin uçuş trayektoriyasına daxil olub.

İstanbuldan İzmirə uçmaq üçün yuxarı doğru sürət yığmaqda olan təyyarənin pilotu toqquşmadan yayınmaq üçün sağ tərəfə doğru sərt manevr edib. Rusiya layneri həmin zaman əks istiqamətdə dönüş edib.

Bundan sonra Rusiya təyyarəsi eniş edib, Türkiyə layneri isə uçuşunu davam etdirib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Türkiyənin aviasiya idarəsi hadisə ilə bağlı araşdırmaya başlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru