Türkiyədən yunanlara: Bu, heç bir zaman olmayacaq

5-02-2018, 09:07           

Əgər yunanlar Kiprdə türklərin bəsit azlıq statusu ilə kifayətlənəcəyini düşünürlərsə, yanılırlar. Bu, heç bir zaman baş verməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yunanıstan mətbuatına açıqlamasında deyib.

Çavuşoğlu bildirib ki, Türkiyə-Yunanıstan arasında yaşanan problemlərin həlli üçün müəyyən zaman lazımdır:

“Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri iki ölkə arasında baş verən önəmli hadisə idi. Liderlər görüşdə məsələləri açıq və səmimi şəkildə müzakirə etdilər. Hər iki tərəf səfərdən məmnun qaldı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru