Fransisk və Ərdoğan Qüdsün statusunun saxlanması tərəfdarıdır

6-02-2018, 01:27           
Fransisk və Ərdoğan Qüdsün statusunun saxlanması tərəfdarıdır
Roma Papası Fransisk və Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan Vatikanda apardıqları danışıqların gedişində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Qüdsü İsrailin patyaxtı kimi tanıması barədəki qərarını pisləyiblər. Bu barədə bazar ertəsi Türkiyənin «Anadolu» agentliyi Türkiyə Prezidenti administrasiyasındakı məndəyə istinadla xəbər verib.
Xəbər verildiyi kimi, Ərdoğan Vatikanda rəsmi səfərdədir. Türkiyə dövlətinin başçısı 1959-cu ildən bəri ilk dəfədir ki, Vatikana səfər edir. Papa Fransisk Ərdoğanla 2014-cü ildə Ankarada görüşüb. O zaman Fransik Türkiyədə apostol səfərində olub.
Agentliyin məlumatına görə, tərəflər ABŞ-n Yerusəlim barədəki qərarın reallaşmasından imtina etməyinin əhəmiyyətini önə çəkərək, bunun neqativ nəticələrə səbəb ola biləcəyini də dilə gətiriblər. Onlar həm də Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnaməsinə və beynəlxalq hüquq normalarına uyğun olaraq, Qüdsün statusunun saxlanmasının vacibliyini qeyd ediblər.
Papa Fransisk və Prezident Ərdoğan ksenofobiya və islamofobiya ilə ümumi mübarizə məsələlərinə toxunaraq, qeyd ediblər ki, terrorçuluğu dinlə əlaqələndirmək olmaz. Eyni zamanda, tərəflər islamı terrorçuluqla eyniləşdirən çağırışlardan (bəyanatlardan) çəkinməyin vacibliyini də dilə gətiriblər.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru