Türkiyə İdlibdə 4-cü müşahidə məntəqəsinin yaradılmasına başlayıb

6-02-2018, 01:28           
Türkiyə İdlibdə 4-cü müşahidə məntəqəsinin yaradılmasına başlayıb
Suriyada təhlükəsizlik zonası çərçivəsində, Türkiyə hərbçiləri sayca 4-cü müşahidə məntəqəsi yaradırlar. Bu barədə bazar ertəsi Türkiyə silahlı qüvvələri (SQ) Baş qərargahı xəbər verib.
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bundan əvvəl, yanvar ayında qeyd etmişdi ki, Moskva Türkiyə tərəfindən Suriyanın şimalındakı İdlibdə təhlükəsizlik zonası ətrafında müşahidə məntəqələrinin yaradılması prosesini tezliklə başa çatdıracağına ümid edir. Onun sözlərinə görə, Türkiyə hələ ki, planlaşdırılmış 20 məntəqədən yalnız 3-nü yaradıb.
«Astanada əldə olunmuş saziş çərçivəsində bizim hərbçilər İdlibin Şeyx İsa rayonuda 4-cü müşahidə məntəqəsinin yaradılması işinə başlayıblar. Bundan başqa, daha 2 belə məntəqənin yaradılması işlərinə başlanması planlaşdırılır» - deyə, Türkiyənin Baş qərargahı xəbər verir.
Bu günə, 2011-ci ildən bəri hərbi münaqiənin davam etdiyi Suriyada 4 təhlükəsizlik zonası yaradılıb. Biri İdlibdə, ikincisi – Homs şəhərindən şimalda, üçüncüsü – Dəməşqin şərqindəki Qutda, 4-sü isə Deraa əyalətində – Suriya-İoraniya sərhədində.
Bu barədə razılıq Asatana prosesində – Rusiya, Türkiyə və İran qarant dövlətləri arasındakı danışıqlar prosesində əldə olunub.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru