Adnan Oktar barədə qərar verildi

6-02-2018, 23:01           
Adnan Oktar barədə qərar verildi
Terefl.İnfo axar.az-a istinadən xəbər verir ki, Türkiyənin Radio və Televiziya Ali Şurası ictimaiyyətdə “Harun Yahya” kimi tanınan Adnan Oktara məxsus “A9” telekanalının yüksək məbləğdə cərimə edilməsi və verilişin yayımının 5 dəfə dayandırılması ilə bağlı qərar verib.

Buna səbəb Oktarın Dəyanət İşlər Nazirliyi barəsində xoşagəlməz və təhqiredici ifadələr işlətməsi olub.

Şikayətlərdən sonra Oktar barəsində araşdırmalara başlanılmış və onun bu yöndə olan ifadələrinin qəbuledilməz olduğu bildirilmişdi.

Qeyd edək ki, son 2 ay 15 gün müddətində Adnan Oktardan şuraya 444 şikayət məktubu ünvanlanıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru