Terrorçular türk əsgərinə hücum etdi - Daha bir şəhid

9-02-2018, 20:40           
Terrorçular türk əsgərinə hücum etdi - Daha bir şəhid
Türkiyə ordusu “Zeytun budağı” əməliyyatında daha bir şəhid verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrindən informasiya yayılıb.

“Zeytun budağı” əməliyyatı çərçivəsində 9 fevral 2018 tarixində Afrinin cənub-qərbində PKK-KCK-PYD-YPG və İŞİD terror qruplaşmaları ünsürlərinə qarşı həyata keçirilən əməliyyatda bir qəhrəman silah yoldaşımız şəhid olmuşdur”, - TSQ-dan bildirilib.

***

Türkiyədə Hakkarinin Çukurca mahalının İraq sərhədində yerləşən Zər təpə ərazisində terrorçular türk əsgərinə hücum edib.

Bu barədə “Milliyət” yazıb.

Hücum nəticəsində türk ordusunun bir hərbçisi şəhid olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru