ABŞ-Türkiyə münasibətlərində növbəti gərginlik

9-02-2018, 20:41           
ABŞ-Türkiyə münasibətlərində növbəti gərginlik
ABŞ-Türkiyə münasibətlərində növbəti gərginlik
Son dövrlərdə getdikcə korlanan Türkiyə-ABŞ münasibətlərində gərginlik yenidən yüksəlib.

Axar.az xəbər verir ki, buna səbəb Türkiyədə FETÖ üzvlüyündə təqsirləndirilərək həbs edilmiş Sərxan Kölgə barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyertin açıqlaması olub.

“ABŞ vətəndaşı Sərxan Kölgənin etibarlı dəlillər olmadan terror qruplaşmasına üzvlükdə təqsirli bilinərək 8 fevral tarixində məhkum edilməsindən dərin narahatlıq keçiririk”, - Noyert bildirib.

Qeyd edək ki, Sərxan Kölgə 2016-cı ilin avqust ayında FETÖ üzvlüyü və ABŞ casusluğunda ittiham olunaraq saxlanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru