Az əvvəl iki kənd alındı - XƏRİTƏ DƏYİŞDİ; ABŞ HƏRBÇİLƏRİNİ SƏRHƏDƏ YIĞDI; 1062 NƏFƏR...

9-02-2018, 21:14           

Afrində aparılan “Zeytun budağı” əməliyyatı artıq 21 gündür ki davam edir. İndiyə qədər Afrində 1062 nəfər terrorçunun zərərsizləşdirildiyi açıqlanıb. Türkiyə hərbi təyyarələri dörd günlük fasilədən sonra YPG-nin terror mövqelərini bombardmana tutub.

Bu gün günorta saatlarında daha iki kəndin – Afrinin qərbində yerləşən Nisriyyə və Dükkan kəndlərinin terrorçulardan təmizləndiyini bildirilir.

Türkiyə Silahlı Qüvvələri bu gün Afrinin cənub-qərbində keçirilən döyüşlərdə bir hərbçinin şəhid olduğunu açıqlayıb.

Ərdoğan Menbiçdən hərbçiləri çıxarmağı tələb elədikdən sonra ABŞ tələsik general-leytenanat Paul Fank ilə general-mayor Ceym Cerrardı YPG terrorçularının nəzarəti altındakı Menbiçə göndərib.

“Nyu York Tayms” qəzeti ABŞ mətbuatının digər nümayəndələrinin də aparıldığı Menbiçdən qalmaqallı fotoları səhifələrində dərc ediblər.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru