PKK/YPG-yə sement Fransadan gəlir

10-02-2018, 11:06           
PKK/YPG-yə sement  Fransadan gəlir
YPG-nin Afrində hazırladığı tunellər və hördüyü beton divarlar üçün sement Fransadan gəlir.

Axar.az xəbər verir ki, bu iddia ilə “Yeni Şəfəq” qəzeti çıxış edib. Qəzet YPG-yə sementi “Lafarge” şirkətinin tədarük etdiyini bildirib. Bu şirkətin hələ də Menbiçin Sunaym bölgəsində sement fabriki olduğu müəyyən edilib.

Qeyd edək ki, bundan öncə Paris məhkəməsi tikinti materiallarının istehsalı ilə məşğul olan “Lafarge” korporasiyasının keçmiş baş direktoru Erik Olseni və onun Suriya üzrə xüsusi nümayəndəsi Kristian Erroru Suriyada terrorizmi maliyyələşdirməkdə ittiham etmişdi. Onların 2013-2014-cü illərdə İŞİD-i maliyyələşdirdiyi müəyyən olunmuşdu. Məhkəmə o zaman “Lafarge”ni xüsusi ilə İŞİD-dən neft almaqda ittiham etmişdi. Şirkətin bununla Avropa Birliyinin 2011-ci ildə İŞİD-ə qarşı tətbiq etdiyi embarqonu yardığı vurğulanmışdı. Üstəlik, “Lafarge”nin Suriyadakı sement zavodunu saxlamaqdan ötrü İŞİD-lə razılıq əldə etdiyi də bildirilmişdi.

“Lafarge” 1833-cü ildən bu yana fəaliyyət göstərir. Şirkətin 68 ölkədə 160 fabriki var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru