Türkiyə helikopterin qisasını belə aldı

10-02-2018, 23:29           
Türkiyə helikopterin qisasını belə aldı
Türkiyə Silahlı Qüvvələri və ASO “Zeytun budağı” hərbi əməliyyatları çərçivəsində daha bir kəndi PYD/PKK terrorçularından təmizləyib.

Axar.az xəbər verir ki, Türkiyəyə məxsus hərbi helikopterin vurulmasından sonra hərbi birləşmələr ərazini müntəzəm atəşə tutub. Hərbi əməliyyatlar nəticəsində Afrinin qərbindəki Deyr Ballut kəndi azad edilib.

Qeyd edək ki, bir qədər əvvəl "Zeytun budağı" əməliyyatı zamanı Türkiyəyə məxsus hərbi helikopter vurulub. Hadisə nəticəsində Türkiyə ordusunun iki əsgəri şəhid olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru