Türkiyə ordusu gün ərzində yeddi şəhid verdi

11-02-2018, 23:42           
Türkiyə ordusu gün ərzində yeddi şəhid verdi
Bu gün Suriyanın Afrin şəhərində terrorçularla döyüşlərdə Türkiyə ordusunun beş hərbi qulluqçusu şəhid olub.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə Türkiyə Silahlı qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd edilir ki, fevralın 10-da keçirilən hərbi əməliyyatlar zamanı PYD, YPG və İŞİD terror qruplaşmalarının 15 yaraqlısı məhv edilib.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması nəticəsində iki pilot şəhid olmuşdu.
Ümumilikdə Türkiyə ordusu Afrində əməliyyat zamanı 21 hərbçisini itirib, bunun əvəzində isə 1141 terrorçunu zərərsizləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru