ONLAR DA AFRİNDƏDİR - BU XRİSTİAN QRUP KİMDİR?

12-02-2018, 22:56           

Suriya Demokratik Qüvvələrinə daxil olan suriyalı xristianlardan ibarət “Syriac Military Council” yaraqlıları Deyr əz-Zor bölgəsini tərk edərək, YPG/PKK-ya yardım üçün Afrinə getməyi qərara alıb.

Xristian süryani və kəldanilərin 2013-cü ilin əvvəllərində qurduqları “Syriac Military Council” qüvvələri PKK-nın çətiri olan YPG təşkilatına daxildirlər. Təşkilat ölkənin şimal-şərqində yerləşən Haseke və ətrafında fəaliyyət göstərir. 2014-cü ildə İŞİD bəhanəsi ilə Şimali İraqda, Səncarda yerləşən PKK-nın həmin dövrdəki hücumlarında da bu təşkilat iştirak edib.

Qeyd edək ki, 2018-ci il yanvarın 20-də, “Zeytun budağı” əməliyyatı başlanan gün, “Syriac Military Council” qrupunun mətbuat katibi Kino Qabriel həm də SDQ-nin mətbuat katibi təyin edilib. Təşkilat öz məqsədinin Suriyadakı assuriyalı-süryanilərin milli hüquqlarını qorumaq olduğunu bəyan edir.

Hurriyyet.org

ONLAR DA AFRİNDƏDİR - BU XRİSTİAN QRUP KİMDİR?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru