Rusiya gəmisi İstanbulda təhlükəli manevr edib?

15-02-2018, 09:24           

İstanbul boğazlarında Rusiyaya məxsus "Qızıl-60" və İngiltərəyə məxsus "Enterprise" adlı gəmilər arasında gərginliyin yaşanması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Qara dəniz donanmasının rəsmi nümayəndəsi Vyaçeslav Truxaçev söyləyib.

"Bu məlumat həqiqəti əks etdirmir. Qara dəniz donanmasına aid "Qızıl-60" köməkçi gəmisi və Böyük Britaniya donanmasına aid "Enterprise" gəmisi 14 fevralda səhər saatlarında boğazın mərkəzi hissəsində əks istiqamətdən hərəkət ediblər. Onlar arasında təxminən 180 metr məsafə olub. Bu məsafə isə tamamilə normaldır", - Truxaçev qeyd edib.

Qeyd edək ki, daha öncə Rusiyaya məxsus gəminin təhlükəli manevr etdiyi bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru