Nazirlər görüşdü, Pentaqon açıqlama yaydı: Yanınızdayıq

15-02-2018, 13:45           

Türkiyənin Müdafiə naziri Nurəddin Canikli və ABŞ-ın Müdafiə naziri Ceyms Mettisin Brüsseldə keçirilən görüşü barədə Pentaqondan açıqlama verilib.

Axar.az xəbər verir ki, bu barədə “Xəbərtürk” informasiya yayıb.

“PKK və terrora qarşı Türkiyənin yanındayıq”, - Pentaqondan bildirilib.

Qeyd edək ki, nazirlərin görüşü zamanı Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” anti-terror əməliyyatı, ABŞ-ın Türkiyəyə qarşı olan terror təşkilatlarına yardım etməsi səbəbindən iki ölkə arasında yaranmış gərginliyə dair məsələlər və s. ətrafında müzakirələr aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru