ABŞ-dan Türkiyəyə skandal TƏKLİF: "Onları dalaşdıra bilərik..."

15-02-2018, 16:49           
ABŞ-dan Türkiyəyə skandal TƏKLİF: "Onları dalaşdıra bilərik..."
Türkiyənin müdafiə naziri Nurəddin Canikli ABŞ-ın Müdafiə naziri Ceyms Mettislə Brüsseldə keçirdiyi görüşdən sonra amerikalı həmkarıın skandal təklifi barədə danışıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, türkiyəli nazirin sözlərinə görə, Pentaqon rəhbəri YPG-ni PKK terror təşkilatına qarşı döyüşdürə biləcəklərini deyib.

“ABŞ-ın terror təşkilatları ilə deyil, müttəfiqi Türkiyə ilə birgə çalışmalı olduğu fikrini yenidən vurğuladıq. YPG və PKK arasındakı bağlılığı göstərən bütün məlumat və sənədləri yenidən paylaşdıq. Mettis YPG-ni PKK-dan ayıra biləcəklərini, hətta PKK-ya qarşı döyüşdürə biləcəklərini söyləyib. Biz də YPG və PYD-nin heç bir zaman PKK-dan ayırmağın mümkün olmadığını bildirdik. ABŞ-ın yanaşmasına görə, PYD və YPG-ni PKK-dan ayırsalar, bizim üçün təhlükə olmaqdan çıxacaq. Eyni zamanda, PYD və YPG-nin “Suriya Demokratik Gücləri”nin tərkibindən tamamilə təmizlənməli olduğunu ifadə etdik”, - Nurəddin Canikli vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru