YPG-nin ingiltərəli terrorçusu ümidini kəsdi: - “Türkiyə qəti olaraq qələbə qazanacaq”

16-02-2018, 20:16           
YPG-nin ingiltərəli terrorçusu ümidini kəsdi: - “Türkiyə qəti olaraq qələbə qazanacaq”
Bir müddət öncə Afrində Türkiyə əsgərləri ilə savaşacaqlarına dair videoları sosial şəbəkələrdə yayımlanan PKK/PYD terror təşkilatının Çin kökənli ingiltərəli üzvü “The Times” nəşrinə danışıb.

Avropa.info xəbər verir ki, YPG terror təşkilatının üzvü Huang Lei Afrində Türkiyəni durdura bilməyəcəklərini anladığını söyləyib.

“The Times”in xəbərinə görə, Huang Lei adlı Çin kökənli ingilis Afrində YPG terror təşkilatının tərkibindən vuruşan beş nəfər ingilisdən biridir.

Xarici ölkələrdən olan 15 terrorçuya başçılıq etdiyini deyən Lei, ilk döyüşlərdə çətinliklə xilas olduqlarını bildirib: “Türkiyə silahlı qüvvələrinin qarşısını almağımıza şübhə edirəm. Onların tankları, zirehli texnikaları, hərbi təyyarələri var”.

BBC Türkcənin verdiyi xəbərə görə, YPG-li terrorçu məğlub olacaqlarını etiraf edib: “Türkyə böyük bir ölkə, bir döyüş maşınıdır. Zaman alsa da, Türkiyə bu savaşda mütləq qələbə qazanacaq. Bu döyüşlərdə biz qələbə qazanmayacağıq. Lakin ən azından əlimizdən gələni etmək istəyirik”.

Xəbərdə bildirilir ki, 24 yaşı olan Huand Lei Çində doğulub. Yeniyetmə çağında İngiltərəyə köçüb, Mançestrdə təhsil alıb. O, üç ildir terror təşkilatlarının sıralarında döyüşür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.