Türkiyədə sosial şəbəkələrdə terrorçuluğu təbliğ edən 786 nəfər saxlanılıb

19-02-2018, 17:14           
Türkiyədə sosial şəbəkələrdə terrorçuluğu təbliğ edən 786 nəfər saxlanılıb
"Zeytun budağı" hərbi əməliyyatı başlayandan Türkiyədə sosial şəbəkələrdə terrorçuluğu təbliğ edən 786 nəfər saxlanılıb.

Bu barədə Trend Türkiyə Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, saxlanılanlar arasında PKK terror təşkilatının 16 üzvü də var.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru