Qazaxıstan qırğız deputatı həbs etdi - Nota göndərildi

19-02-2018, 22:12           
Qazaxıstan qırğız deputatı həbs etdi - Nota göndərildi
Qazaxıstanda genişmiqyaslı xüsusi əməliyyat zamanı aralarında gömrük işçiləri, brokerlər, kriminal aləmin üzvləri və hüquq mühafizə orqanları əməkdaşları olmaqla 29 nəfər saxlanılıb.

Saxlanılanlar arasında Qırğızıstan parlamentinin deputatı Asılbek uulu Damirbek də olub.

Xüsusi əməliyyat fevralın 15-16-da keçirilib. Məqsəd sərhəd ərazilərdə qaçaqmalla məşğul olan mütəşəkkil cinayətkar qrupun fəaliyyətinə son qoymaq olub. Alma-Ata məhkəməsi bütün saxlanılanlar haqda həbs qərarı çıxarıb.

Faktla bağlı Qırğızıstan XİN-i Qazaxıstana nota göndərib. Deputatın hansı səbəblə saxlanıldığı açıqlanmır. Hazırda Qırğızıstan tərəfi baş vermiş hadisənin təfərrüatlarını araşdırır.(Qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru