Rusiyadan açıqlama: Türkiyəyə icazə verilməməlidir ki...

20-02-2018, 09:45           
Rusiyadan açıqlama: Türkiyəyə icazə verilməməlidir ki...
Suriyada yaradılan təhlükəsiz bölgələr 3-cü ölkələrin təsir zonalarına çevrilməməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov “Rossiya 24”ə açıqlamasında deyib.

“Qarant ölkələr və müşahidəçi statusina malik İordaniya, ABŞ və BMT-nin iştirakı ilə yaradılan təhlükəsiz bölgələr keçici xarakter daşıyır. Bu zonaların 3-cü ölkələrin təsir dairəsinə çevrilməsinə icazə verməməliyik. ABŞ-ı, Türkiyəni və digər ölkələri nəzərdə tuturam”, - diplomat bildirib.

Boqdanov əlavə edib ki, Suriya sadəcə suriyalılara aid olmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru