Türkiyədə azərbaycanlıları fahişəliyə məcbur edən böyük banda tutuldu
20-02-2018, 10:15
İstanbula gətirilən qadınların pasportları əllərindən alınıb, borca salındıqdan sonra fahişəliyə məcbur edildikləri məlum olub
İstanbula, başqa ölkələrdən "yüksək maaşlı iş" vədiylə gətirilən qadınları gecəsi 300 dollara fahişəliyə məcbur edən qrupa qarşı əməliyyat keçirlib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, üzvlərindən 3-ü qadın olmaqla 17 nəfər həbs edilib.
Qrupun pasportlarına alaraq fahişəliyə məcbur etdiyi 140 qadın isə polis tərəfindən azad edilib. Araşdırma zamanı qadınlardan 50-nin Türkiyə, 90-nın isə digər ölkə vətəndaşları olduğu müəyyənləşib. Onların arasında Azərbaycan vətəndaşları da var. Qadınlarla söhbət zamanı onların "yüksək maaşlı iş" vədi ilə İstanbula gətirildikləri məlum olub.
İstanbula gətirilən qadınların pasportları əllərindən alınıb, borca salındıqdan sonra fahişəliyə məcbur edildikləri bildirilir.
Qadınların müayinəsi zamanı onlardan ikisində HİV virusu, 13-ndə cinsi yolla keçən cinsi xəstəliyin olduğu aşkarlanıb. İzahatları alındıqdan sonra türk qadınlar azadlığa buraxılıb, əcnəbi qadınların ölkələrinə göndərilməsi üçün sənədləri hazırlanır.