Ərdoğan Əsədə bağlı ordunun Afrinə doğru yola çıxdığını təsdiqlədi:"Qarşılığını alacaqlar"

20-02-2018, 22:48           

Prezident Ərdoğan bu gün axşamüstü Afrin bölgəsinə daxil olmağa çalışan Əsəd Ordusu ilə bağlı baş verən gərginliyə reaksiya verib.

Strateq.az Star Tv-yə istinadən xəbər verir ki, o, 3-4 saat əvvəl tank, top və digər ağır silahlarla təmin edilmiş Suriya ordusu və Əsədə bağlı olan könüllü dəstələrin Hələbdən Afrinə doğru yola çıxdığını təsdiq edib:

"Bəli, axşamüstü 10-a yaxın texnika ilə belə bir cəhd olunub. Lakin anında cavab verilib və onlar geri çəkiliblər. Dünən biz bu məsələni qapatmışdıq. Lakin təəssüf ki. terror qruplarının bəzən hansı addımı atacağını bilmək olmur. Güman edirəm, bir daha belə hərəkətə əl atmazlar. Yox, atarlarsa, qarşılığını da alacaqlar".

Xatırladaq ki, az əvvəl Əsəd ordusu Afrinin cənubundan bölgəyə girməyə çalışıblar. Lakin Türkiyə qırıcılar və top atəşləri ilə mane olub. Xəbərdarlıq atəşindən sonra Suriya rejiminə bağlı ordu birliyi 10 km geri çəkilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru