Türk ordusundan qəfil hücum: 90 məntəqə azad edildi

21-02-2018, 22:55           

Türkiyə Silahlı Qüvvələri Afrinin şimal-şərqindəki Uverkan kəndini terrorçulardan azad edib.

Axar.az xəbər verir ki, ani hücuma keçən türk əsgərləri əməliyyat zamanı kəndi terrorçulardan tam təmizləyib.

Qeyd edək ki, Əsəd qüvvələrinin Afrinə doğru hücuma keçməsi ilə bağlı məlumatlar yayıldıqdan sonra Türkiyənin “Zeytun budağı” əməliyyatının taleyi haqda müəyyən suallar yaranmışdı. Lakin sözügedən kəndin alınması göstərir ki, türk ordusu bölgədə antiterror əməliyyatlarına tam sürətlə davam edir.

***

Türkiyə ordusu Afrinin şimal-qərbindəki Qarababa kəndini də terror qruplaşmalarından azad edib.

***

Suriyanın Afrin bölgəsində davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri tərəfindən azad edilən yaşayış məntəqələrinin sayı 90-a çatıb.

Bu gün səhər saatlarında daha 3 yaşayış məntəqəsi PYD və YPG terrorçularından azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru