Türkiyə-ABŞ münasibətləri düzəlir: İşçi qrupu yaradılır

21-02-2018, 23:00           

ABŞ-la Türkiyə arasındakı mexanizm çərçivəsində üç işçi qrupu yaradılacaq.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN sözçüsü Hami Aksoy verib.

Aksoy sözügedən istiqamətdə işlərin XİN rəhbərləri səviyyəsində başlayacağını bildirib: "Ən qısa müddətdə qruplar işləməyə başlayacaq, nəticələrini görməyə başlayacağıq. İlk görüşlər XİN rəhbərlərinin iştirakı ilə olacaq".

Qeyd edək ki, Çavuşoğlu-Tillerson görüşündən sonra Türkiyə və ABŞ arasında nəticə verəcək mexanizm yaradılması ilə bağlı birgə bəyanat verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru