Rus ekspertdən Ərdoğana dəstək: - Zaman dəyişib, amma...

7-03-2018, 10:12           
Rus ekspertdən Ərdoğana dəstək: - Zaman dəyişib, amma...
Misir, İraq və digər Yaxın Şərq ölkələrində hakimiyyətini itirən Qərb əziyyət çəkir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Yuri Zinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın S-400-lə bağlı güzəştə getməmək barədə sözlərini şərh edərkən deyib.

"NATO üzvü olan Türkiyənin Rusiya ilə hərbi və texniki əməkdaşlığının ittifaqdakı üzvlüyünə uyğun gəlmədiyi yönündə arqumentlər irəli sürülür. Soyuq müharibə zamanı beləydi, amma artıq zaman dəyişib. Şimali Atlantika Alyansının artıq buna öyrəşməsi lazımdır, amma hələ ki, bunu edəcək qabiliyyətdə deyillər", - Zinin söyləyib.

Qeyd edək ki, Ərdoğan NATO-nun S-400-lə bağlı etirazına cavab olaraq güzəştə getmədən hədəflərə doğru addımlayacaqlarını söyləyib. O bildirib ki, NATO üzvü Yunanıstan Rusiyadan S-300 sistemləri alanda heç bir reaksiya göstərməyən müttəfiqlərin Türkiyəyə bu münasibəti anlaşılmazdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru