Almaniyada türk məscidinə basqın edib yandırdılar – Fotolar

11-03-2018, 13:33           

Almaniyanın paytaxtı Berlində türk məscidinə mücum olub. AzEuroNews.com xəbər verir ki, “Koca Sinan Cami”sinə səhər saatlarında basqın olub. Məscidin pəncərəsini qıran üzü maskalı şəxslər caminin içinə molotov kokteyli atıblar. Nəticədə məsciddə yanğın baş verib.

Alov qısa zamanda məscidi bürüyüb. Sübh namazı üçün məscidə gələnlər caminin yandığını görüblər. Tez yanğınsöndürənlər və polis çağırılıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını ala biliblər.


Hazırda ərazidə Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Məscidi yandıranların müəyyən olunub tutulmas istiqamətində iş aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru