Afrində zərərsizləşdirilən terrorçuların sayı 3300 nəfərə çatıb

11-03-2018, 19:13           
Afrində zərərsizləşdirilən terrorçuların sayı 3300 nəfərə çatıb
Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirdiyi terrorçuların sayı 3300 nəfərə çatıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı bir sıra çətinliklərə baxmayaraq, Türkiyə ordusunun keçirdiyi əməliyyatı uğurla davam etdirdiyini qeyd edib.

Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb.

***11:16

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirdiyi terrorçuların sayı 3291 nəfərə çatıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilir ki, əməliyyatın 51-cü günündə Afrinin mərkəzinə 4 kilometr məsafə qalıb. Bu günə kimi 175 bölgə terrorçulardan təmizlənib. Qanunsuz silahlı birləşmələrin hərbi təyyarələrlə məhvi davam edir.

"Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru