PKK orta məktəbi də atəşə tutdu - 4 polis şəhid oldu

3-09-2015, 13:11           
PKK orta məktəbi də atəşə tutdu - 4 polis şəhid oldu
PKK bu gün səhər saatlarında Mardin vilayətinin Dargeçit qəsəbəsində orta məktəbi atəşə tutub.

Publika.az xəbər verir ki, mühafizəni təşkil etmək üçün zirehli avtomobillə məktəbə gedən polis əməkdaşları da terrorçuların hücumuna məruz qalıb. Mina partlaması nəticəsində avtomobildəki polis rəisi İbrahim Xəlil Aksoyla digər polis əməkdaşları - Əhməd Akalın, Hüseyn Balta və Akif Hatunoğlu şəhid olub.

Hadisədən sonra bölgədə əməliyyat başlayıb. Şəhid polislər üçün Mərdin polis şöbəsində vida mərasimi təşkil olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru