İnterpol Ərdoğan hakimiyyətindən qaçan prokurorları axtarmaq istəmədi

4-09-2015, 20:30           

İnterpol Türkiyənin sorğusu ilə bu ölkədən qaçan iki keçmiş prokurorun təşkilatın xətti ilə beynəlxalq axtarışa verməkdən imtina edib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Türkiyə tərəfi Zəkəriyye Öz və Cəlal Karanın tanınmış din xadimi Fəthullah Gülənin terror strukturunun üzvləri olduqlarını iddia edərək, onların beynəlxalq axtarışa verilməsini tələb edib. İnterpol isə imtinanın səbəbini beynəlxalq sistemdə belə strukturun qeydiyyata alınmadığını izah etməklə təşkilatın Türkiyənin əlində siyasi alətə çevrilməyəcəyini bəyan edib.

Zəkəriyye Öz İstanbulun baş prokuroru postundan bu il mayın 12-də uzaqlaşdırılıb. 2013-cü il dekabrın 17-də ölkədəki böyük korrupsiya qalmaqalına görə onun vəzifəsi kiçildilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru