Türkiyədə komendant saatı elan olundu

5-09-2015, 10:46           

Türkiyədə kürdlərin kompakt yaşadığı Şırnak rayonunun Cizre rayonunda komendant saatı tətbiq olunmağa başlayıb. ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, ötən axşam yerli vaxtla saat 20.00-də elan olunan komendant saatından sonra rayonun bəzi bölgələrində insidentlər başlayıb. Şəhər meriyasının elan etdiyi komendant saatından sonra rayonun bəzi məhəllələrində atışmalar başlayıb. Şırnaq meriyası komendant saatı barədə açıqlama yayıb:

“Separatçı terror təşkilatı üzvlərinin yaxalanması və bu vaxt mülki əhalinin canının və malının ziyan görməməsi üçün komendant saatına qərara verilib. Vətəndaşın canının və malının təhlükəsizliyinin təmin olunması və asayişin qorunması üçün təhlükəsizlik qüvvələrimiz öz vəzifələrini diqqətlə yerinə yetirirlər.” – deyə bəyanatda qeyd edilib.

Komendant saatı müddətində rayonda elektrikvərabitəxətlərinin kəsildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru