Türkiyəli millət vəkili: "Polisə və əsgərə qalib gəldik"

7-09-2015, 21:23           

Türkiyədən şəhid xəbərləri gəlməkdə davam edir. Bizimyol.info xəbər verir ki, şəhid xəbərlərinə reaksiya verməyən və PKK terror qruplaşmasını tənqid etməyən millət vəkili, HDP (Xalqların Demokratik Partiyası) sədri Səlahəddin Dəmirtaş, Almaniyanın paytaxtı Berlindəki görüşlərini təxirə salaraq ölkəyə qayıdıb. PKK terror təşkilatının siyasi qanadı hesab edilən HDP-nin sədri və millət vəkili S.Dəmirtaşın Avropada səsləndirdiyi fikirlər isə Türkiyə vətəndaşları tərəfindən etirazla qarşılanıb. Demirtaş çıxışında bildirib ki, xalq qarşısında bütün ordular çarəsizdir: "Budur Ərdoğanın sarayının ordusu və polisi məğlub oldu. Məğlub oldular və məğlub olacaqlar da. Polis və əsgərə qalib gəldik. TSK (Türkiyə Silahlı Qüvvələri) məğlub olacaq, PKK qazanacaq"

Qeyd edək ki, Türkiyədə dünən yaşanmış hücum zamanı 21 türk əsgəri şəhid olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.