NATO qorxuda: “Moskvanın gözü” Türkiyədə...

14-05-2018, 10:10           

Rusiyanın S-400 “Triumf” zenit-raket sistemlərinin Türkiyədə yerləşdirilməsi NATO üçün əsl provokasiyadır.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Şpigel” nəşri məlumat yayıb. Bildirilir ki, alyans Rusiyanın sözügedən sistemlər vasitəsilə F-35-lərin güclü və zəif tərəflərini aşkara çıxaracağından ehtiyat edir:

“Taleyin ironiyasına bax ki, S-400 çoxfunksiyalı qırıcıların əsas düşmənlərindən sayılır. Hansı ki, bu qırıcılar (F-35) yaxın illərdə ABŞ Hərbi Hava Qüvvələrinin arsenalının əsasını təşkil edəcək”.

Məqalədə bildirilir ki, NATO mütəxəssisləri S-400-lərin Türkiyədə yerləşdirilməsinə olduqca ehtiyatla yanaşırlar. Çünki sözügedən kompleklər Moskvanın Türkiyədəki “gözü” ola bilər.

Müəllif hesab edir ki, S-400 “Triumf” vasitəsilə Rusiya F-35 və digər qırıcılar haqqında geniş məlumat toplaya biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru