Aparıcı PKK-ya belə etiraz etdi - VİDEO

9-09-2015, 11:21           
Aparıcı PKK-ya belə etiraz etdi - VİDEO
İnegöldə yayımlanan “Super Kanal” aparıcısı Seyfəddin Aras xəbərləri əsgər forması ilə təqdim edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı son günlər Türkiyədə baş verən terror hadisələrinə etiraz etmək və təhlükəsizlik güclərinə dəstək olmaq üçün belə bir addım atdığını bildirib: “ Ölkə olaraq yasdayıq. Bütün Türkiyədə olduğu kimi bizlər də yaşanan son hadisələrə görə acı çəkirik. Cismən olmasa da, qəlbən onlarlayıq. PKK terror təşkilatına etiraz olaraq xəbərləri belə təqdim etməyə qərar verdik”.

Qeyd edək ki, Seyfəddin Aras fevral ayında rayonlarında elektrikin 3 gün ərzində olmamasına xəbər bülletenini lüks lampası ilə təqdim edərək etiraz etmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru