Dəmirtaş insanları vətəndaş müharibəsinə çağırdı

9-09-2015, 14:44           
Dəmirtaş insanları vətəndaş müharibəsinə çağırdı
Dünən paytaxt Ankarada HDP-nin (Xalqların Demokratik Partiyası) binası bir qrup gənc tərəfindən yandırılıb. Küçəyə çıxan gənclər şəhid olan 16 türk əsgərini anmaq üçün HDP binası önündə şüarlar səsləndiriblər. Qrup üzvlərindən biri HDP binasına daxil olaraq binanı yandırıb. Bizimyol.info xəbər verir ki, Diyarbəkir şəhərində mətbuata açıqlama verən partiya sədri S.Dəmirtaş isə çox sərt açıqlamalar verib. O, açıq-aşkar kürdləri müharibəyə çağırıb: "Onları anasından doğduğuna peşman edin. Hamı müdafiəyə qalxmalıdır. Bu günlər gəlib geçəcək. Qorxmaq bizim kitabımızda yoxdur. Allahdan başqasından qorxmadıq, qorxmarıq da."

Qeyd edək ki, ölkənin müxtəlif şəhərlərində HDP binalarına basqın edilib. Binalar yandırılıb, bəzilərindən isə Türk bayrağı asılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru