«Fələstinliləri müdafiə üçün bölgəyə sülhməramlılar göndərilsin» – Türkiyədən təklif

20-05-2018, 10:43           
«Fələstinliləri müdafiə üçün bölgəyə sülhməramlılar göndərilsin» – Türkiyədən təklif
Türkiyə fələstinlilərin müdafiəsini təşkil etmək məqsədilə, bölgəyə sülhməramlıların göndərilməsini təklif edib.

«Anadolu» agentliyinin məlumatna görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan İsraili Qəzza sakinlərinə qarşı terror torətməkdə ittiham edib.

Bazar ertəsi Qəzza sektoru ilə sərhəddə Fələstin sakinləri ilə İsrail hərbçiləri arasında şiddətli toqquşmalar alovlanıb. Buna səbəb, Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi olub.
Toqquşmalar nəticəsində 60-dan artıq fələstinli həlak olub, 3 minə yaxın insan isə yaralanıb.

Maraqlıdır ki, ABŞ Dövlət Departamenti baş verənlərə görə, məsuliyyəti HƏMAS-ın üzərinə atıb.
«AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru