İran alpinistlərindən Azərbaycana qarşı şok - FOTO

21-05-2018, 14:15           
İran alpinistlərindən Azərbaycana qarşı şok - FOTO
İranlı alpinistlər Savalan dağında Azərbaycan və Ərdəbil əyalətinin ərazi bütövlüyünə qarşı banner nümayiş etdiriblər.

Axar.az xəbər verir ki, onlar dağın zirvəsinə çıxaraq, “Heyran Gilanın naxışıdır” sözləri yazılmış bannerlə foto çəkdiriblər və bunu sosial şəbəkələrdə paylaşıblar.

“Kalanşəhrbaran” komandasının üzvləri bu yolla Heyran gədiyinin Ərdəbil əyalətindən ayrılıb Gilan əyalətinə birləşdirilməsinə eyham vurublar.

Qeyd edək ki, son vaxtlar Ərdəbilin Heyran gədiyi ərazisini Gilan əyalətinə birləşdirməklə bağlı bu əyalətin rəhbərliyinin irəli sürdüyü əsassız iddialar azərbaycanlıların geniş etirazına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru