Kürd vətəndaşa Atatürkün büstünü öpdürdülər

10-09-2015, 00:08           
Kürd vətəndaşa Atatürkün büstünü öpdürdülər
Türkiyənin Muğla bölgəsində yaşayan kürd vətəndaşlardan biri, öz facebook profilində kürd milli geyimində olduğu bir şəklini paylaşaraq "Bu paltarı geyinmək qürurvericidir" sözlərini yazıb.

Bundan sonra bəziləri şəkli paylaşan İbrahim adlı şəxsin PKK ilə əlaqəsinin olduğunu düşünüb. Şəkil qısa zamanda onlarla şəxs tərəfindən paylaşılıb və İbrahimin tutulması istənilib. Bir gün sonra isə 16 şəhid xəbərini eşidərək küçələrə axışan vətəndaşlar, İbrahimi marketdən çıxarkən saxlayıblar. Əsəbi qrup İbrahimin paltarlarını cıraraq onu döyüblər. Daha sonra İbrahimi qəsəbənin meydanına gətirən qrup, onu M.K.Atatürkün büstünü öpməyə məcbur ediblər.

Əraziyə gələn jandarma, İbrahimi qrup üzvlərinin əlindən ala bilib.//bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru