Qaradağ adının açıqlaması

22-05-2018, 21:27           

Qaradağ güney azərbaycanın ərazisində dağ silsiləsidir. Qaradağ silsiləsi ağrıdağ və talış dağları arasında yerləşərək həmin dağ silsilələrini birləşdirir. Lakin araz çayı qaradağ silsiləsini kiçik qafqaz dağlarından ayırır. Dəniz səviyyəsindən 3600 m hündürlüyə malik olan qaradağ silsiləsinin uzunluğu 220 km, eni isə 30-65 km dir və bir çox bölümü meşə ilə örtülüdür. Qaradağ bölgəsinin quzey sərhəddi araz çayı, batı sərhəddi culfa-mərənd avtomobil yolu, güney sərhəddi isə əhər çayı, doğudan qara su çayı və bir bölümüdə urmu gölü hövzəsində yerləşir.
Araşdırmalara əsasən, qaradağ və qarabağın demək olar ki, bir çox etnonim və toponimləri ortaqdır. Bunlar kolanilər, kəngərli, çələbiyanlı, qaraçorlu, şahsevən, xocalı və başqa ad və tayfalardan ortaqlıqları vardır. Qaradağda qacar dövrü qarabağdan köçmüş kolani, çələbiyanlı, qarabağlı və gəncəli tayfalarıda vardır ki, bu barədə kolani, çələbiyanlı tayfalarının qaradağda daha əskidən olmasını qeid etmək gərəkir. 1835-ci ildə çələbiyanlı elinin xumarlu, xudayarlı, zərnəli və digər obaları qarabağa köçmüşdür.
Araşdırmalara görə tarix boyu qaradağ mahalının adı “qərəcə dağ” və “qərə dağ” kimidə əhali dilində işlənibdir. Bu mahalın ərazisi hazırki, əhər, vərziqan, horand, heris, kəleybər, dizmar, xudafərin və sairə əhatə edir.
Qaradağ adı iki türkcə sözcüyündən yəni “qara” və “dağ”dan ibarətdir ki, “böyük dağ” ya “dağlıq” anlamına gəlməkdədir. ətraflı olaraq başqa fikir və variyantların açıqlamaq istəyirik.
Azərbaycanda bir çox boyların və eləcədə toponim adları orada mövcüd olan oronim adları üzrə adlanmışdır. Dağlıq bölgədə yaşayan türk boyları qədim çağlardan dağlı (azər), dağluq (uyğur) etnonimi ilə adlanmışdır. Bu baxımdan, əski qaynaqların azərbaycanda verdiyi daq, daxi, day boylarını “dağlı” saymaq olar. Het yazısında “dağ” sözü ayrılıqda oronim bildirdiyi kimi, ayrılıqda dağ adına “qorusda” rast gəlmək olar. Dağ-tumas, dağ-quşçu kimi toponimlərdə, dağ beli, dağ başı kimi apelyativlərdə dağ sözü öncədə, oronimlərdə isə əsasən ikinci tərəfdə olur. Kökşetau, koturtau (qazaq eli), duzdağ, şişdağ, haçadağ, ağrıdağ, aladağ, qaradağ (f.celilov, doqquz bitik. 2014).
Indi isə qaradağ sözündə iştirak etmiş “qara” sözünün anlamına və başqa variyantlara diqqət edək:
Qara rənglərin biridir. ən tünd, soyuq və qəmli rəng sayılır və ağ rəngin, aydınlığın, işığın əksidir. Bir çox xalqlarda matəmi simgələyir. əski türk inanclarında ucalıq anlamın daşımaqla bərabər,yer altı dünyanın və ya ölülər dünyası, qaranlıq dünya isə adlanıb və kötülük sımvolu olmuşdur. Xalq arasındaki “qara yerə girəsən”, “başını qara yer oğurlasın”, “qara yer otağın olsun”, “qara qəbir evin olsun” və “yuxuda qara basmaq”, “qara bəxt”, “qara günlü” və bir çox ifadələr qara rəngin və qaranlıq dünyasının kötülüyün göstərir. Eləcədə qara sözü bir ləqəb olaraq “böyüklük” göstərgəsi olmuşdur: “qaraxan”, “qara kişi”, “qara vəli”, “qara kazım”, “qara çuxa”, “qaraca çoban” və sairə. Görünür ki “qara” xaqanlıqda xanların titulu və ləqəbi kimi işlək olmuşdur ki, başçı və böyüklük anlamın daşımışdır. Bir sıra sözlər və ifadələrdə isə qara sözü rəng bildirir. Örnək olaraq: “qara qaşlı”, “qara gözlü”, “qara saçlı” və b. Ifadələri saymaq mümkündür.
Qədim azərbaycanda qut dövləti (e.ə 2200-2109) dağılandan sonra onun güney bölgələrini sumer-əkkəd canişinləri idarə edirdi. Laqaş canişinlərindən birinin titulları sırasında “su boyunun kar-dak ölkəsinin hakimi” sözləridə yazılmlşdır. Bu oronim süleymaniyyə yaxınlığındaki qaradağa aid edilir. Türk oronimlər sistemində aladağ, alataq, alatau, alatei adları anadoludan doğu türküstana və altayacan yayıldığı kimi, qaradağ oronimidə qədim çağlardan üzü bəri geniş nahiyyəyə malikdir və adətən, “böyük dağ”, quzey dağı” anlamını bildirir. Boğaz köy qaynaqlarında qartaq (qara-dağ) yer adı kimi qeid olunmuşdur (f.celilov, 2014).
Göründüyü kimi, əski türklərdə boyaları və rəngləri “yön” və “cəhət” anlamında isə işlətmişlər və qara rəngi “quzey” anlamında və yön bildirın boya kimi işlək olmuşdur. Yəni türklər mərkəzi “sarı”, quzeyi “qara”, güneyi “qırmızı”, batını “ağ” və doğunu isə “göy” boya ilə göstərirmişlər.
Kiyumərs İslami












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.