Azərbaycanlı alim erməni səfiri İsveçdə pərt etdi - Foto

23-05-2018, 10:27           
Azərbaycanlı alim erməni səfiri İsveçdə pərt etdi - Foto
Ermənistanın İsveçdəki səfiri Artak Apitonyan “erməni soyqırımı” iddiaları üzərində qurulan çıxışı zamanı pərt olub.

“Soyqırımdan” danışan erməni səfir tədbirdə iştirak edən AMEA-nın Elm Tarixi İnstitutunun şöbə müdiri Ziyad Əmrahovun sualına cavab verə bilməyib.

Z.Əmrahov qeyd edib ki, səfir qondarma erməni soyqırımından əfsanələr danışarkən, Şərqi Anadoluda guya 1.5 milyon erməni soyqırıma məruz qalıb kimi fikirlərindən sonra ona sual ünvanlayıb: “Siz bu uydurma soyqırımla bağlı arxiv sənədləri ilə, Osmanlı və Rusiya arxivləri ilə tanışsınızmı?” – soruşdum. Cavab burdan başladı: “Siz, deyəsən, türk əsillisiniz...”

Z.Əmrahov daha sonra Osmanlı arxiv sənədlərindən lazımi rəqəmləri açıqlayaraq, auditoriyanı məlumatlandırdığını bildirib.

“Bütün bunlardan sonra bir daha yəqin etdim ki, informasiya müharibəsində biz çox uduzuruq, qarşı tərəfi susdurmaq üçün lazımi tədqiqatçı və tədqiqatlarımızın sayı çox aşağıdır və ya yoxdur”, - alim vurğulayıb.(kult.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru