Dollar rekord vurur: Seçkilərə MÜDAXİLƏ?

23-05-2018, 18:49           

Türkiyədə dolların məzənnəsinin getdikcə artaraq rekord həddə çatması etiraza səbəb olub.

Cebhe.info xəbər verir ki, məsələyə baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ münasibət bildirib.

Bozdağ dolların məzənnəsinin artırılmasının seçkilərin nəticəsinin dəyişdirilməsinə müdaxilə cəhdi kimi dəyərləndirilməsi ehtimalından danışıb: "Dollarla oynayaraq millətin cibinə, millətə zərər verəcək nəticlər ortaya qoymaqla seçki sonucunun dəyişəcəyini düşünənlər aldanır".

Hökumət sözçüsü qeyd edib ki, millət bu oyunu da, onu oynayanları da görür: "Millət bunları görür. Onlara fürsət və icazə verilməyəcək. Allahın izniylə 24 iyunda yeni bir dönəm olacaq".

Türkiyə iqtisadiyyatının güclü olduğunu deyən baş nazirin müavini hökumətin iqtisadi qanunları yaxşı bildiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru