Ukrayna və Türkiyə prezidentləri arasında telefon danışığı olub

24-05-2018, 08:37           
Ukrayna və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Ukrayna prezidenti Petr Poroşenko ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidenti özünün "Twitter" səhifəsində yazıb.

Dövlət başçısının sözlərinə görə, tərəflər ölkələr arasında azad ticarət zonasının yaradılmasını müzakirə ediblər.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla Ukrayna ilə Türkiyə arasında azad ticarət haqda sazişin imzalanması üzrə danışıqlar prosesini sürətləndirməyi müzakirə etdik", - deyə Poroşenko yazıb.

Ukrayna lideri əlavə edib ki, dövlət başçıları həmçinin energetika, aviasiya və müdafiə sahələrində əməkdaşlığı müzakirə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru