«Türkiyə NATO-da qalmalıdır, amma…» – Pompeo

24-05-2018, 09:19           
«Türkiyə NATO-da qalmalıdır, amma…» – Pompeo
Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo bəyan edib ki, ABŞ Türkiyənin Rusiyadan S-400 kompleksləri almaqdan imtina etməsi məsələsi üzərində işləyir və ümid edir ki, bu sövdə baş tutmayacaq.

O, qeyd edib ki, hələlik Türkiyəyə F-35 qırıcı-bombardmançı təyyarələrin satılması barədə qərar qəbul olunmayıb. Bununla bərabər, Türkiyə Müdafiə Nazirliyi (MN) katibliyinin nümayəndəsi xəbər verib ki, beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrin ilk nümunəsi Türkiyəyə iyunun 21-də təhvil verilməlidir.

«Biz bunun üzərində işləməkdə davam edirik ki, Türkiyə Rusiyadan S-400 kompleksləri almasın. Hesab edirəm ki, onlar hələlik bunu etməyiblər və ümid edirəm ki, onları heç vaxt almayacaqlar» – deyə, Pompeo ABŞ nümayəndələr palatasının beynəlxalq məsələlər üzrə komitəsində bəyan edib.

Pompeo həm də hesab edir ki, Türkiyə NATO-da qalmalı, amma alyansın siyasətinə uyğun olmaq üçün onun fəaliyyəti dəyişməlidir.
azpolitika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru