Şok kadrlar: doğum evində körpənin ağzına skotç vurdular - VİDEO

7-01-2019, 17:46           
Şok kadrlar: doğum evində körpənin ağzına skotç vurdular - VİDEO
12 həftəlik oğlanın ağzında əmzik var. O, az qalır boğulsun, əmziyi ağzından çıxarmaq istəyir, amma bacarmır. Çünki körpənin ağzına skotç vurulub.

Olay İnquşetiyanın Nazran şəhərindəki Respublika Perinatal Mərkəzində yaşanıb.

Kadr arxasındakı qadının dediyinə görə, uşaq yeni doğulmuş körpələrin patologiyası bölməsindədir.

413-cü palatada olan ağzı skotçlu uşağın videosu sosial şəbəkələrdə yayılandan sonra böyük qalmaqal qopub.

Polis araşdırmalara başlayıb.

Mərkəz açıqlama yayıb: "Çəkilişləri bölmədəki analardan biri aparıb. O, tibb bacısının qonşu palatada inqalyasiya proseduru aparmasından yararlanıb və uşağın ağzına skotç vuraraq videonu çəkib. Fikrimizcə, skotçu elə pasiyent qadın vurub. Uşağın səhhətinə heç bir ziyan dəyməyib".

Ötən ilin sentyabrında 1150 qram çəki ilə doğulmuş 12 həftəlik oğlanın durumu orta ağırdır.

İnquşetiya DİN-i araşdırmalara başlayıb.(milli.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.