“VƏTƏNDAŞ NİYƏ ÇIXARIŞ ALMAYIB?” – “Bütün səbəblər araşdırılmalıdır”

14-03-2019, 13:39           
“VƏTƏNDAŞ NİYƏ ÇIXARIŞ ALMAYIB?” – “Bütün səbəblər araşdırılmalıdır”
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin zəlzələ bölgəsinə səfərləri zamanı xeyli vətəndaş məktubla ölkə başçısına müraciət etdi. Məktubların 30 faizi zəlzələnin yaratdığı fəsadlar, evlərin bərpası, çıxarışların olmaması ilə bağlı olub”.

ONA-nın xəbərinə görə, bunu “Çoxmənzilli binaların istismarına icazənin verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Prezidentinin fərmanının icrası ilə bağlı keçirilən müşavirədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir qeyd edib ki, fərmanda əksini tapmış qərarların icrası qısa müddətdə təmin ediləcək: “Biz rayonlarda vətəndaş qəbulu keçiririk. Belə görüşlər zamanı məlum olur ki, məsələn, vətəndaş 60 ildir, bir evdə yaşayır, lakin evin çıxarışı yoxdur. Ərazi zəbt olunub, ya vətəndaş özü tənbəllik edib, niyə çıxarış almayıb? Bütün səbəblər araşdırılmalıdır”.”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.