Əhmədova Abdullayevin ifşa videosunu yaydı: - "Tövbə edin və heç kimin haqqına girməyin"

20-05-2019, 10:53           
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: - "Tövbə edin və heç kimin haqqına girməyin"
Elşad Abdullayevin yalanlarına inananlara "keçmiş olsun" Haqqıma girənlərə yalnız bunu deyə bilərəm:

Tövbə edin, haqqı görün, bir də heç kimin haqqına girməyin. Çoxunuzu əfv etdim deyə bilmərəm, çünki sizlər sosial mediyada əslini bilmədiyiniz montaj videoya inanıb, “Gülər həbs olunsun!” yazırdınız. O Gülər ki, axırıncı çadır şəhərciyi yığışana qədər qaçqın balalarını ilan mələyən çöllərdə tək qoymadı, isti yay aylarında Şamaxıya, Qubaya öz övladları ilə birgə daşıdı. O Gülər Əhmədova ki, Çanaqqalada şəhid olmuş azərbaycanlılar üçün öz hesabına xatirə lövhəsi qoydu. Türkiyə Cumhuriyyətinin Prezidenti Ərdoğandan şəxsən bu xatirə lövhəsi üçün icazə aldı. O Gülər Əhmədova ki, mərhum MM-in sədri Murtuz Ələsgərovun dəstəyi ilə Beynəlxalq Övladlığa Vermə Konvensiyasının yenidən səsverməyə qalması, cənab Prezidentin bu Konvensiyaya daha altı şərt əlavə etməsinə dair parlamentdə çıxışlar etdi. Bununla da Azərbaycanda uşaqların beynəlxalq övladlığa verilməsində ciddi nəzarətin yaradılmasına nail olduq.

Yenə də siz o Gülər Əhmədovanın tutulmağını istədiniz ki, yüzlərlə uşağın müalicəsi, həyatda qalması üçün ölkə rəhbərinə müraciətlər edirdi. Cənab Prezident də o uşaqların ölümdən qurtarılması üçün hər şey edirdi.

Çox iş gördük, inşallah o insanlar da nə zamansa həqiqətləri danışacaq. Bu gün üzümü sizlərə tutmuşam, E.Abdullayevin montaj videosuna inanıb, səkkiz yaşlı bir uşağın ad günündə anasının həbs olunmasına nail olan internet qəhrəmanları, deyirəm ki, “minlərlə şəhidimizin qanına əli bulaşıb Elşad Abdullayevin, əsir qızlarımızın, gəlinlərimizin namusuna bulaşıb, nizəyə taxılan, başı divara vurulub partladılan, dərisi soyulan körpələrin, bu vəhşətə dözməyib ağlını itirən anaların naləsinə bulaşıb....

Gülər Əhmədova, keçmiş millət vəkili
\\moderator.az\\
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.