“Napoli” Kvaratsxeliyanın qiymətini açıqladı

10-05-2024, 15:14           
“Napoli” Kvaratsxeliyanın qiymətini açıqladı
“Napoli”nin prezidenti Aurelio De Laurentis Neapolitan klubunun cinah oyunçusu Xviça Kvaratsxeliya ilə yalnız 120-130 milyon avro qarşılığında ayrılmağa hazır olduğunu bildirib.

Qeyd olunur ki, De Laurentis gürcü futbolçunun “Napoli”dən getməsini istəmədiyi üçün ona belə yüksək qiymət qoyub. Eyni zamanda, hazırda Kvaratsxeliya ilə “Barselona və “Pari Sen-Jermen” də maraqlanır.

Xatırladaq ki, bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 42 matçda iştirak edib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.
Mənbə: Corriere dello Sport












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru