Fazil Mustafa ilə bağlı məhkəmədə hakimin vəziyyəti pisləşdi - TƏFƏRRÜAT

10-05-2024, 18:16           
Fazil Mustafa ilə bağlı məhkəmədə hakimin vəziyyəti pisləşdi - TƏFƏRRÜAT
Fazil Mustafa cinayəti ilə bağlı bu günə təyin edilmiş məhkəmə prosesi keçirilməyib.

“Qafqazinfo”nun məlumatına görə, buna səbəb cinayət işini araşdıran hakimlərdən biri-Kamran Muxtarovun səhhətinin qəfil pisləşməsi olub. Belə ki, hakimin təzyiqi yüksəlib, məhkəməyə təcili yardım briqadası çağırılıb.

Həkim müayinəsindən sonra hakimin hələlik işini davam etdirməsi məqbul hesab edilməyib.

Məhkəməyə sədrlik edən hakim Elnur Nuriyev prosesin gələn həftəyə kimi təxirə salındığını elan edib.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa ötən ilin martında güllələnib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Təqsirləndirilən 5 nəfərə - Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Rəşad Əhmədov və Elşad Əsgərovə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru