Joze Mourinyo Acun İlıcalıya “yox” dedi

10-05-2024, 17:34           
Joze Mourinyo Acun İlıcalıya “yox” dedi
Türkiyəli iş adamı Acun İlıcalı Joze Mourinyo ilə görüşsə də, müsbət nəticə əldə edə bilməyib.

Məlumata görə, iki gün öncə baş məşqçisi ilə yolları ayıran “Hall Siti” klubu yeni çalışdırıcı postu üçün Joze Mourinyonu gətirmək niyyətində olub.

Acun İlıcalı açıqlamasında Joze Mourinyo ilə danışıqlar apardığını təsdiqləyib. Amma portuqaliyalı mütəxəssisin təklifə müsbət cavab vermədiyi bildirilib.
Qeyd edək ki, Joze Mourinyo Avropa klublarından birini çalışdırmaq istədiyini səbəb olaraq göstərib.

Mənbə: Skysports.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru