Rusiyanın Baş naziri postuna Putinin namizədi bəlli oldu

10-05-2024, 15:20           
Rusiyanın Baş naziri postuna Putinin namizədi bəlli oldu
"İnterfaks" agentliyi xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Baş nazir postuna yenidən Mixail Mişustinin namizədliyini irəli sürüb.
Bu xəbəri spiker Vyaçeslav Volodin verib: "Cümə günü Dumanın bütün fraksiyalarında Mişustinin namizədliyi müzakirə ediləcək. Bundan sonra isə Dövlət Dumasının plenar iclası başlanacaq".
Onun sözlərinə görə, iclas Mişustinin məruzəsi ilə başlayacaq və o, deputatların suallarını da cavablandıracaq. Sonra Dumanın fraksiyaları çıxış edəcəklər. Sonda Baş nazirin namizədliyi ilə bağlı səsvermə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru