Vətəndaş 345 manatı ala BİLMƏYƏCƏK? - İyulun 1-dən saatlıq minimum əməkhaqqına KEÇƏ BİLƏRİK

10-05-2024, 19:05           
Vətəndaş 345 manatı ala BİLMƏYƏCƏK? -
Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi barədə təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sonxeber.az-a açıqlama verib.

İqtisadçı bildirib ki, bu mövzuda dəqiq mexanizmlər hesablanmalıdır:

Əslində dünya praktikasında saatlıq əməkhaqı çoxdan qəbul olunub. Bu dövlət işində işləyəyn, yəni büdcədən maliyələşən və özəl sektorda da tətbiq oluna bilər. Sadəcə bunun tətbiq üsulları ilə bağlı dəqiq mexanizmlərə ehtiyac var. Elə olmalı deyil ki, bu qanunun tətbiqindən sonra vətəndaşın hüquqları pozulsun. Çünki hər hansısa qurum minimum əməkhaqqından aşağı maaş verə bilməz. Amma saat hesabı olsa və saatlıq minimum əməkhaqqı müəyyən edilsə sahibkar o minimum məbləği işçiyə ödəyəcək. Amma 8 saatlıq yox 4 saatlıq iş təklif ediləcək. Ayın sonunda isə məlum olacaq ki, qurum qanunu pozmayıb saatlıq minimum əməkhaqqını işçiyə ödəyib. Amma ay ərzində aldığı maaş misal üçün 200 manatdır. Buna görə də dəqiq mexanizmlərin hesablanmalıdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.