"Dollar və avro lazımsız valyutalardır" - Lukaşenko

10-05-2024, 16:24           
"Dollar və avro lazımsız valyutalardır" - Lukaşenko
"Dünya ölkələri dollar və avrodan istifadəyə marağını itirir, ona görə də indi bu valyutaların heç kimə faydası yoxdur".

"DogruXeber.az" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə jurnalistlərə açıqlamasında deyib.

“İndi heç kimə nə dollar, nə də avro lazımdır. Bu artıq təkcə Belarus və Rusiyada deyil. Bu, bir çox ölkələrdə belədir”, - o, qeyd edib.

Lukaşenko xüsusilə Qərb ölkələrində saxlanılan qızıl-valyuta ehtiyatlarının Rusiyadan mümkün oğurlanması ilə bağlı vəziyyət fonunda Amerika və Avropa valyutalarının aktuallığının azaldığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru